Bu gün Bakıda keçirilən və yol hərəkətinin təhlükəsizliyinə həsr olunan tədbirdə olimpiya çempionu, polis kapitanı Elnur Məmmədli də iştirak edib. Lent.az-ın məlumatına görə, E.Məmmədli çıxış edərək mükafat olan polis yoldaşları təbrik edib.
Tədbirin sonunda olimpiya çempionu Lent.az-a açıqlamasında polis orqanlarında işlərinin yaxşı getdiyini, eyni zamanda idmanla da məşğul olduğunu deyib.
Qeyd edək ki, E.Məmmədli xeyli müddətdir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində çalışır. O həm də Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir.