Tənqidçi Elnarə Tofiqqızının nəşi ekspertizadan keçirilmək üçün “Medi Sina” klinikasından Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Lent. az-ın məlumatına görə, ekspertizanın nəticələri, mərhumun hansı səbəbdən dünyasını dəyişməsi sabah bilinəcək.
Qeyd edək ki, E. Tofiqqızı bu gün “Medi Sina” klinikasında əməliyyata hazırlıq vaxtı dünyasını dəyişib.O,tanınmış jurnalist Anar Niftəliyevin həyat yoldaşıdır.