Yol qəzası: <span style="color:red;">baş-beyin silkələnməsi, üzdə, bədəndə sıyrılmış-kəsilmiş...
05 iyul 2019 00:40 (UTC +04:00)

Yol qəzası: baş-beyin silkələnməsi, üzdə, bədəndə sıyrılmış-kəsilmiş...

 
Xəzər rayonunda motosikletlə avtomobil toqquşub, 1 nəfər yaralanıb.
 
APA xəbər verir ki, hadisə Mərdəkan yolunda baş verib. 1952-ci il təvəllüdlü Samonin Qriqori Pavloviç idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirərək minik avtomobilinə çırpılıb.
 
Nəticədə o, ağır xəsarət alaraq 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Yaralıya baş-beyin silkələnməsi, üz nahiyəsinin kəsilmiş-sıyrılmış yaraları və bədənin müxtəlif nahiyələrinin kəsilmiş yaraları diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740
avatar

Oxşar yazılar