Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülmüş yeni ittihamlar bəlli olub. Lent.az-ın məlumatına görə, sabiq nazirə 3 yeni maddə ilə ittiham irəli sürülüb.
Maddə: 234.1.
Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama
— üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə: 315.2.
Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə
— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə: 317.2.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi
— altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sabiq nazirə verilən ittihamlar sübuta yetirilərsə, ona cəza təyin edilən zaman Cinayət Məcəlləsinin 66-cı maddəsi tədbiq ediləcək. Bu o deməkdir ki, sanksiya üzrə cəzalar qismən toplanma yolu müəyyən ediləcək.
Qeyd edək ki, sabiq nazir sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalırdı.