Ələt-Astara yolunda çalışan İtaliya şirkətinin sürücüləri etiraz aksiyası keçiriblər
29 aprel 2013 14:24 (UTC +04:00)

Ələt-Astara yolunda çalışan İtaliya şirkətinin sürücüləri etiraz aksiyası keçiriblər

0

Ələt-Astara avtomobil yolunun inşası layihəsində əsas podratçı qismində çıxış edən İtaliyanın «Todini» şirkətinin yük maşınlarının sürücüləri aksiya keçirib.

 

Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyandan “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib.

 

Şirkətin 60-dan çox yük maşınının sürücüsü əmək haqlarının aşağı olmasından narazıdırlar.  

 

“Todini” şirkətinin rəhbərliyi artıq sürücülərlə görüşüb, sürücülərin əmək haqlarının minimum 500 manat olacağı haqda razılaşma əldə edilib. Razılaşmadan sonra sürücülər iş başına qayıdıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1297

Oxşar yazılar