Ələt-Astara magistralında “Mercedes” aşıb: 1 ölü, 1 yaralı
07 yanvar 2015 21:53 (UTC +04:00)

Ələt-Astara magistralında “Mercedes” aşıb: 1 ölü, 1 yaralı

Ələt-Astara magistralında baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb.

 

APA-nın Mil-Muğan bürosuna BDYPİ-nin qəza yerində olan  müstəntiqinin verdiyi məlumata görə, saat 20.00 radələrində, Ələt-Astara magistralının 22-ci kilometrliyində, Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində  “Mercedes” markalı 90 UL 447 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

 

Nəticədə hələlik adı məlum olmayan sürücü hadisə yerində ölüb, sərnişin isə ağır bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Avtoqəzada ölən və yaralının adları dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223

Oxşar yazılar