Azərbaycanda 1022 məhkuma elektron qolbaq taxılıb.
Lent.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov deyib.
Rəis müavini bildirib ki, onlardan 27-i qadındır: “Hal-hazırda 930 məhkumda elektron qolbaq var. Onlara nəzarət edilir”.
M.Hümbətov qeyd edib ki, 22 məhkum barəsində isə bu qətimkan tədbiri dəyişdirilib: “Həmin şəxslərdən bəziləri elektron qolbaq daşımaqdan imtina edib, bəziləri isə şərtləri pozduğu üçün məhkəməyə müraciət edilib və onlar barəsində qətimkan tədbiri dəyişdirilib. Həmçinin 6 məhkum isə elektron qolbaq daşıdığı müddətə başqa cinayət əməli törətdiyi üçün barəsində cinayət işi açılıb”.