Eldəniz Quliyev və Köçəri Nağıbəyli Baş Prokurorluğa çağırılıb
30 avqust 2013 14:56 (UTC +04:00)

Eldəniz Quliyev və Köçəri Nağıbəyli Baş Prokurorluğa çağırılıb

“El” hərəkatının sədr müavini Köçəri Nağıbəyli və hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib. Lent.az-ın məlumatına görə, hər iki şəxs Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə ifadə vermək üçün çağırılıb.

 

Qeyd edək ki, Ə. İbrahimov mətbuata açıqlamasında Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib. Dünən məsələ ilə əlaqədar “El” hərəkatının sədri Eldar Namazov da prokurorluğa dəvət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739
avatar

Oxşar yazılar