Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov femida.az saytının sorğusunda birinci olub.
Femida.az Hüquq İnformasiya Portalının facebook səhifəsində (facebook.com/femidaportali) keçirilimiş növbəti sorğusu "Hüquq-mühafizə orqanları arasında hansı qurumun mətbuat xidməti daha yaxşı fəaliyyət göstərir?" istiqamətində olub. Sorğuda əsasən jurnalistlər olmaqla ümumilikdə 73 şəxs iştirak edib.
Sorğunun nəticələrinə əsasən, Respublika Baş Prokurorluğunun mətbuat xidməti və rəhbəri Eldar Sultanov 46 nəfərin lehinə səs verməsi ilə birinci olub.
Növbəti yerləri Milli Təhlükəsizlik Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Yol Polisi İdarəsi tutub.