<b>25 zərərçəkən mülki iddia qaldırdı - <span style="color:red;">3 MTN generalının məhkəməsindən </b> - <span style="color:red;">YENİLƏNİB
28 fevral 2017 18:19 (UTC +04:00)

25 zərərçəkən mülki iddia qaldırdı - 3 MTN generalının məhkəməsindən - YENİLƏNİB

Günün ikinci yarısında davam edən proses haqqında general Sübahir Qurbanovun vəkili Azər Tağıyev məlumat verib.

 

Lent.az-ın məlumatına görə, vəkil bildirib ki, Sübahir Qurbanovun səhhəti ilə bağlı tibbi ekspertizanın keçirilməsi ilə bağlı verdikləri vəsatət təmin edilməyib. Bundan sonra məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan etməyə başlayıb.

 

Prosesdə yalnız Sübahir Qurbanovla bağlı ittiham elan edilib. O, verilən ittiham üzrə özünü qəti təqsirli bilməyib.

 

Məhkəmə prosesi martın 2-ətəyin edilib.

13:55

Bu gün Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub. 

Məhkəmə haqqında təqsirləndirilən general Sübahir Qurbanovun vəkili Azər Tağıyev məlumat verib.

Vəkil bildirib ki, prosesdə 25 nəfər zərərçəkən şəxs mülki iddia ilə  bağlı vəsatət qaldırıblar.

Hakimlər kollegiyası vəsatəti təmin edib.

Həmçinin məhkəmədə Sübahir Qurbanovun səhhəti ilə bağlı vəkilləri vəsatətlə çıxış edib. Onlar Sübahir Qurbanov barəsində tibbi ekspertizanın keçirilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmə günün ikinci yarısında davam edəcək.

****

10:30

Bu gün Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəməsi keçiriləcək.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçiriləcək proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutacaq.

Məhkəmə istintaqın açıq elan ediləcəyti gözlənilir. Həmçinin prokuror bu gün ittiham aktını elan edəcək.

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri  - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Səlcuq Elçin

Oxşar yazılar