Dünən Göyçayda baş verən faciəvi hadisə ilə bağlı bəzi detallar məlum olub. Lent.az-ın məlumatına görə, qayadan yıxılaraq ölən Eltac Cəfərovun 36 yaşı var.
Bildirilir ki, o, dünən gün itirdiyi mallarının arxasınca dağlıq əraziyə gedib. Axsam saatlarında E.Cəfərov sıldırım qayalıqdan keçərkən ayağı sürüşüb. Nəticə də, müvazinətini itirən kənd sakini qayadan yıxılıb və yerindəcə keçinib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
****
14:20
Göyçayda bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirlıiyinin mətbuat xidmətinə istinadən məlumatına görə, noyabrın 17-də Şahsoltanlı kəndində kənd sakini Eltac Cəfərov ehtiyatsızlıq nəticəsində qayadan yıxılıb. E.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.