Mayın 1-də Əfqanıstan mərkəzi Pəncşer əyalətində partlayış baş verib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, qanlı olay nəticəsində azı 15 nəfər ölüb, onlarla insan yaralanıb.
Yerli hakimiyyəti bildirib ki, hadisə terrorçu-intiharçının özünü partlatması nəticəsində baş verib. O, polis Nəzarət-Keçid Məntəqəsinə basqın edib.
Hadisə qurbanlarından 6-sı Əfqanıstan Daxili İşlər Nazirliyinin əməkdaşıdır.
Hadisənin baş vermə səbəbləri araşdırılır.