Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Bakıya qayıtdı
10 oktyabr 2014 16:21 (UTC +04:00)

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Bakıya qayıtdı

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Silahlı Qüvvələrimizin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

 

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar