Bakıda evdən oğurluq etmiş qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Malayziya vətəndaşı Şarun Anenin kirayədə yaşadığı evdən qızıl əşyalar oğurlamış Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Zümrüd Osmanova tutulub.
Araşdırma aparılır.