Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkmənistanın Aşqabad şəhərində səfərdədir. Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazir mayın 14-dən 16-dək türkmən şairi, Şərq ədəbiyyatının tanınmış klassiki Məhdumqulu Fəraqinin 290 illiyi münasibəti ilə Aşqabad şəhərində "Məhdumqulu Fəraqi və ümumbəşəri mədəni dəyərlər" adlı beynəlxalq elmi konfransda iştirak edir.
Konfransa Ə. Qarayevlə bərabər, Azərbaycan ziyalılarından ibarət nümayəndə heyəti də qatılıb. Səfər çərçivəsində nazirin Türkmənistanın dövlət başçısı, baş nazirin müavini və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.