Yanvarın 7-də Azərbaycan yollarında 7 ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, baş vermiş hadisələr nəticəsində 13 nəfər ölüb. Daha 9 nəfər isə yaralanıb.
ən ağır qəza Şəmkirdə qeydə alınıb. Minik avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 5 nəfər ölüb.
Bakıda baş vermiş qəzalarda da 5 nəfər dünyasını dəyişib.