Dubay şirkətinin şikayəti araşdırılır - RƏSMİ - YENİLƏNİB
20 noyabr 2015 14:00 (UTC +04:00)

Dubay şirkətinin şikayəti araşdırılır - RƏSMİ - YENİLƏNİB

0

Səbail rayon Polis İdarəsi Birləşmiş Ərəb Əmirliklərinin “Darina Holidays” şirkətindən daxil olan müraciəti araşdırır. İdarənin müstəntiqi Fərid Hüseynzadə Lent.az-a bildirib ki, şikayətçi, 1969-cu il təvəllüdlü Asad Rami Azərbaycana dəvət olunub. Hazırda araşdırmalar davam etdirilir.

 

Araşdırmalar nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

 

***

Dubayda fəaliyyət göstərən şirkətlərdən biri Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib. Lent.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən "Darina Holidays" şirkətinin direktoru Asad Rami müraciətində bildirib ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri onlara etməli olduğu ödənişi həyata keçirmir.

 

Qeyd olunub ki, Ü.Hacıbəyli küçəsində yerləşən "Fly Dubai" şirkəti onlara bu ilin oktyabr ayınadək 33 min 861 dollar ödəməli olub. Lakin ödəniş həyata keçirilməyib.

 

Müraciət əsasında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar