Dubay şeyxi ilə qaçan arvadının Londonda məhkəmə prosesi başladı
30 iyul 2019 22:40 (UTC +04:00)

Dubay şeyxi ilə qaçan arvadının Londonda məhkəmə prosesi başladı

 
 
 
Dubay əmiri şeyx Məhəmməd ibn Rəşid əl Məktum və uşaqları ilə birgə Dubaydan qaçaraq İngiltərəyə köçən həyat yoldaşı şahzadə Hayanın London Ali Məhkəməsində ilk məhkəmə iclası keçirilib. 
 
APA-nın London bürosunun “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, şahzadə Haya şeyx Məktum ilə arasındakı nigahın məcburi nigah olduğunu bildirərək iki övladının qəyyumluğu, onların xaricə aparılmamağı və Londonda qalmağı üçün məhkəməyə müraciət edib. Şeyx Məktum da öz növbəsində uşaqların Dubaya qaytarılmağı üçün müraciət edib. Şeyxin özü isə məhkəmə prossesində iştirak etməyib. 
 
45 yaşlı Şahzadə əvvəlcə Almaniyaya gedərək orada sığınacaq almağa çalışıb. Ancaq onun ötən ay Londona qaçaraq özünün 107 milyon dollarlıq (85 milyon funt-sterlinq) dəyərindəki evində yaşamağa başladığı bildirilib. 
 
O, bu gün Londona qaçmağından bu yana ilk dəfə məhkəmədə görünüb. Onun vəkili Fiona Şaklton şahzadə Diana və əri Çarlsın boşanma prosesini də həyata keçirib.
Britaniya qanunlarına görə, məcburi nigaha məcbur edilmək üzərə olan, ya da istəmədən nigaha məcbur edilmiş şəxs məhkəməyə müraciət edərək haqqında qoruma əmri çıxarda, özünün zorla xaricə aparılmağının qarşısını ala bilər. 
 
Məhkəmədə hakim Şeyx Məktumun məhkəmə qərarının detallarına dair mətbuata məhdudiyyətlər qoyulması təklifini qəbul etməyib, prosesin “ictimai maraq“ kəsb etdiyini deyib. Ancaq məhkəmədə Britaniya mətbuat qurumlarından başqa digər xarici media orqanlarının jurnalistləri içəri buraxılmayıblar.
Qeyd edək ki, şahzadə Haya ilə Dubay şeyxinin 11 yaşlı Jalila adlı qızı və 7 yaşlı Zayed adlı iki övladları var. 
 
Öz cangüdəni ilə eşq yaşadığı deyilən şahzadə Hayanın Britaniyada qalmaq istəyəcəyi bildirilir. O, Britaniyada iki özəl məktəbdə təhsil alıb, daha sonra isə Oksford Universitetində öz təhsilini davam etditib. Ancaq əri onun Dubaya qayıtmasını tələb edərsə, bu, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yaxın əlaqələri olan Britaniya üçün diplomatik başağrısına səbəb ola bilər. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544
avatar

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56