DSMF sədri Zərdabda vətəndaşları qəbul edəcək
12 may 2014 10:39 (UTC +04:00)

DSMF sədri Zərdabda vətəndaşları qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev mayın 21-də Fondun Zərdab rayon şöbəsinin inzibati binasında Zərdab, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Xocavənd, Xocalı, Laçın, İmişli və Füzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Bu barədə Lent.az-a DSMF-nın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Qəbulda iştirak edəcək vətəndaşların mayın 21-də DSMF-nın müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Zərdab rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

 

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nın [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34; Zərdab rayon şöbəsində (0202) 96-52-32 Ağcabədi rayon şöbəsində (0212) 75-18-10 Bərdə rayon şöbəsində (02020) 5-09-74 Tərtər rayon şöbəsində (02632) 5-02-28 Ağdam rayon şöbəsində (02227) 5-15-13 Beyləqan rayon şöbəsində (02122) 5-13-31 Xocavənd rayon şöbəsində (02122) 3-52-17 Xocalı rayon şöbəsində (02224) 7-44-14 Laçın rayon şöbəsində (02127) 7-84-29 İmişli rayon şöbəsində (02124) 6-40-42 Füzuli rayon şöbəsində (02631) 5-55-23.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Oxşar yazılar