Vüsal Cəfərov kafedə Pərviz Abbasquliyev tərəfindən münaqişə zəminində döyülüb
Daxili İşlər Nazirliyi (DİN) döyülərək öldürülən tələbə ilə bağlı məlumat yayıb.
Lent.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 2-də Sumqayıt şəhər sakini Vüsal Cəfərov qapalı kəllə-beyin xəsarəti ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib və orada ölüb.
Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01.00 radələrində Yasamal rayonu “20 Yanvar” metro stansiyasının yaxınlığındakı kafedə Vüsal Cəfərovun Abşeron rayon sakini Pərviz Abbasquliyev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib və o, tutulub.
Qeyd edək ki, qətlə yetirilən Vüsal Cəfərov bu il Bakıda ali məktəbi bitirib. O, bu il Türkiyədə ali məktəblərin birinin magistratura bölməsinə daxil olub. Vüsal Cəfərov təhsilini davam etdirmək üçün bu gün Türkiyəyə yola düşəcəkmiş.