Döyüb pulunu aldılar
Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini Ş.Sadıxlı 2 naməlum şəxsin onu döyüb 60 manat pulunu alması barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edib.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Q.Soltanov və Sumqayıt şəhər sakini R.İsrafilov saxlanılıblar.
Mehman Nəbiyev
449