Sosial Müdafiə Fondunun şöbə müdiri bıçaqlandı
14 dekabr 2012 10:52 (UTC +04:00)

Sosial Müdafiə Fondunun şöbə müdiri bıçaqlandı

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran rayon şöbəsinin müdiri bıçaqlanıb. APA-nın Cənub bürosunun xəbərinə görə, hadisə gecə saat 1 radələrində baş verib. Şöbə müdiri, 1953-cü il təvəllüdlü Ramiz Musarza oğlu Əzimova Vilvan kəndində yaşadığı evin həyətində naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub.   

 

Lənkəran Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində yerləşdirilən R.Əzimovun vəziyyətinin stabil olduğu bildirilir.

 

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2339
avatar

Oxşar yazılar