Əmisini "gey" olduğu üçün öldürən şəxsə 20 il cəza istənildi
13 may 2015 14:49 (UTC +04:00)

Əmisini "gey" olduğu üçün öldürən şəxsə 20 il cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü İsmayıl Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.  O, Cəbrayılovun 20 il müddətinə azadlıqdan məhrum olunması istəyib.

Məhkəmə prosesi mayın 14-də davam edəcək.

Qeyd edək ki, hadisə 23 iyul 2014-cü il tarixdə baş verib. İsmayıl Cəbrayılov həmin gün saat 22 radələrində yaşadığı Xaçmaz şəhəri, Şəfəq küçəsi, 15 saylı evdən küçəyə çıxarkən cinsi azlığın nümayəndəsi olduğunu bildiyi əmisi Eyvaz Cəbrayılovun qonşuluqda yaşayan Emil İsayev və Elşən Əhmədovla öz aralarında yüksək səslə nalayiq söyüşlər söydüklərini eşidib. O, əmisini cinsi azlığın nümayəndəsi olduğu üçün heç vaxt danışdırmayıb.  İsmayıl əmisinin və hər iki qonşusunun əxlaqsızlıq etdiklərini düşünərək əsəbləşib. O, Eyvaz Cəbrayılov, Emil İsayev və Elşən Əhmədovu yanına çağırıb. Həmin vaxt sərxoş olan Eyvaz qardaşı oğluna kobud cavab verib. Bundan əsəbləşən İsmayıl əmisini öldürmək qərarına gəlib.  O, özündə olan bıçaqla əmisinin döş qəfəsinə bir neçə zərbə vurub. Onları ayırmağa çalışan Emil İsayev və Elşən Əhmədov da bıçaqlanıb. Elşən Əhmədov aldığı xəsarətdən hadisə yerində ölüb. Eyvaz Cəbrayılov və Emil İsayev vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatlarını xilas etmək mümkün olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Səlcuq Elçin

Oxşar yazılar