Dövlət Gömrük Komitəsi külli miqdarda fişəng və tezalışan mallar aşkarladı
31 dekabr 2014 11:41 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi külli miqdarda fişəng və tezalışan mallar aşkarladı

0

Dövlət Gömrük Komitəsi (DGK) Sumqayıtda yaylım fişəngləri, pirotexniki  və tezalışan mallar aşkar edərək qanunsuz dövriyyədən çıxarıb.

 

DGK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə,  komitənin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində yerləşən bir sıra ticarət obyektlərindən  külli miqdarda, ümumi sayı 400 000 ədəd müxtəlif markalı yaylım fişəngləri, pirotexniki  və tezalışan mallar aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

Məlumatda bildirilib ki,  faktla bağlı komitənin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar