Dostunu ziyarətə gələn Moldova vətəndaşı Şəkidə öldü
13 iyul 2019 12:01 (UTC +04:00)

Dostunu ziyarətə gələn Moldova vətəndaşı Şəkidə öldü

Azərbaycana turist kimi səfər edən 46 yaşlı Moldova vətəndaşı Şəkidə ölüb.
 
APA-nın yerli bürosunun məlumatına görə, Moldovadan Şəki şəhərində yaşayan dostunu ziyarətə gələn, 1973-cü il təvəllüdlü Nikolay Şerbanın səhhəti dostunun evində qəfildən pisləşib.
 
Hadisə yerinə çağırılan Təcili Yardım Şöbəsinin əməkdaşları N. Şerbanı müayinə etdikdə, onun öldüyü müəyyən olunub.
 
İlkin araşdırmalara görə, N. Şerbanın ürək tutmasından öldüyü məlum olub.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar