Sumqayıt və Abşeronda zəhərlənmə halları qeydə alınıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də Sumqayıt şəhər sakinləri Nübar Əzizova və azyaşlı qızı Arzu evlərindən qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Həmin gün Abşeron rayonu Saray qəsəbə sakini, azyaşlı Zeynəb Baharzadə evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Bu gün isə Sumqayıt şəhər sakini, azyaşlı Xalid Mustafazadə evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib.