Ukraynanın şərqində, Donetskdə 30 silahlı terrorçu yerli bankı qarət edib. Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, onlar bankın iki əməkdaşını girov götürüblər.
Mənbə bildirib ki, milis və Milli Qvardiya hərbçiləri cinayətkar dəstənin 7 üzvünü tutub. Onlardan iki ədəd avtomat “Kalaşnikov”, bir ədəd tüfəng, 2 tapança götürülüb.
Dəstənin başqa üzvlərinin axtarışı davam edir.