Doğum günü Leninin «kəlləsini» qoparıblar
23 aprel 2013 07:14 (UTC +04:00)

Doğum günü Leninin «kəlləsini» qoparıblar

Rusiyanın Kostroma vilayətinin iki sakini kommunistlərin lideri Vladimir Leninin doğum günü ona özünəməxsus hədiyyə etmək istəyiblər.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, onlar rəhbərin başına şapka geyindirmək istəyib, bu zaman abidənin kəlləsini qoparıblar.

 

Aprelin 22, Lenin anadan olan günü abidəni korladıqları üçün onları yerli polis həbs edib. Həmin sakinlərə qarşı «xırda dələduzluq» maddəsi ilə cinayət işi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1153
avatar

Oxşar yazılar