Bakıda daha bir nəfər dəm qazından boğulub. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Azadlıq prospekti 116/179 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Bəylərova Kifayət Surxay qızı hamam otağında dəm qazından boğulub. 57 yaşlı qadının meyitini yaxınları aşkarlayıblar.
Qeyd edək ki, K.Bəylərova uzun illər müəllimə işləyib. O son olaraq Nərimanov rayonunda yerləşən Arif Vəliyev adına 258 saylı orta məktəbdə direktor müavini vəzifəsində çalışıb.