Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 22-də Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan Zaur Mirzəyev evində münaqişə zəminində arvadı Təhminə Abdullayevaya bıçaqla xəsarət yetirib. Daha sonra isə o, həyətdəki ağacdan özünü asıb.
T.Abdullayeva xəstəxanaya yerləşdirilib.