DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yaydı
17 yanvar 2015 13:56 (UTC +04:00)

DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yaydı

 

 

Daxili İşlər Nazirliyi dünən Sumqayıtda baş verən partlayışla əlaqədar məlumat yayıb. Lent.az-ın DİN-in rəsmi saytına istinadən xəbərinə görə, yanvarın 16-da saat 18 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində yerləşən avtomobillərin təmiri sexinin yaxınlığından keçən qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib.

 

Nəticədə sexin dam örtüyü uçub, orada olan 3 avtomobilə qismən ziyan dəyib. Yanıq xəsarətləri almış şəhər sakinləri Emin İmanquliyev və Azər Məmmədov xəstəxanaya yerləşdiriliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179

Oxşar yazılar