Blogger Mehman Huseynov barəsində qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu verib.
Lent.az-ın məlumatına görə, bu barədə Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat yayıb.
Polis idarəsinin rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını xahiş edir.
Məhkəmə şikayəti təmin edəcəyi təqdirdə Mehman Hüseynovu iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
***
Daxili İşlər Nazirliyi blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında şikayət verib.
Bu barədə Lent.az-a vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, xüsusi ittiham qaydasında şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır. Məhkəmə hazırlıq iclası sabah saat 10.00 a təyin olunub.
Vəkil həmçinin bildirib ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi onlara verilmədiyi üçün məhkəmə iclasını təxirə saldıracaq.
Qeyd edək ki, bir müddət əvvəl Mehman Hüseynov polis tərəfindən saxlanılmışdı. Ona İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham verilmiş və Nəsimi rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilmişdi.
Mehman Hüseynov məhkəmədən çıxan zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ona işgəncə verildiyini iddia etmişdi. DİN isə açıqlmasında bunun böhtan olduğunu qeyd edib.