DİN maskalı şəxslərin evə basqını ilə bağlı məlumat yaydı
26 yanvar 2015 14:03 (UTC +04:00)

DİN maskalı şəxslərin evə basqını ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Masallı rayonunda maskalı şəxslərin evə basqını ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 24-də saat 03 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində İlqar Məmmədovun yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxs onu və arvadı Qərənfili tapança ilə hədələyərək küt alətlə xəsarət yetirib və oradan qızıl əşyalar aparıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175

Oxşar yazılar