Daxili İşlər Nazirliyi Mayın 18-də saat 07.45 radələrində Quba rayonunun Aşağı Altuc kəndinin ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, DİN DQBİ-nin “N” saylı hərbi hissənin çavuşu Seymur Əliyev idarə etdiyi “RAF” markalı avtomaşını yolun kənarındakı ağaca vurub. Nəticədə S.Əliyev və sərnişinləri, çavuşlar Rəşad Adıgözəlov, Ayaz Bayramov, Elmir İsmayılov, Əlibəy İsmiyev hadisə yerində ölüb.
Xəsarət almış digər sərnişinlər Əfqan İsgəndərov, Fariz Məmmədov, Elnur Həsənov, Ruslan Musayev, Namiq İsayev və İsmayıl Ağalızadə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.