Daxili İşlər Nazirliyi Salyanda ahıl ər və arvadın qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Salyan rayonunun Kürqaraqaşlı kəndinin ərazisində rayon sakini Zəkrulla Rəcəbovun küt alətlə, arvadı Gülnarə isə kəndirlə boğularaq öldürülüb. Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum qətl hadisəsi ilə bağlı APA ötən gün məlumat yayıb. Həmin məlumata görə, Salyan rayonunun Kürqaraqaşlı kənd sakinləri, 1939-cu il təvəllüdlü Zəkulla Nəzər oğlu Rəcəbov və onun həyat yoldaşı, 1940-cı il təvəllüdlü Gülnarə Emrul qızı Rəcəbovanın yaşadıqları evdə qətlə yetirilmiş meyitləri tapılıb.