DİN dəhşətli olayla bağlı məlumat yaydı
30 noyabr 2015 13:35 (UTC +04:00)

DİN dəhşətli olayla bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Zaqatalada baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 28-də Zaqatala rayonunun Bəhmətli kəndində yaşayan Nəsimi İbrahimov evində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən arvadı Zümrüdə sinə nahiyəsindən xəsarət yetirib. Sonradan o, özünə qarın nahiyəsindən bıçaqla xəsarətlər yetirib.

 

Onlar hər ikisi xəstəxanaya yerləşdirilib, Nəsimi orada ölüb.

 

Zaqatala RPŞ əməkdaşları tərəfindən hadisə yerindən “İJ-28” markalı ov tüfəngi götürülüb.

 

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar