DİN Balakəndə toyda baş vermiş hadisə ilə bağlı məlumat yaydı
31 avqust 2013 12:16 (UTC +04:00)

DİN Balakəndə toyda baş vermiş hadisə ilə bağlı məlumat yaydı

 

Daxili İşlər Nazirliyi avqustun 30-da Balakən rayonundakı “Nərmin” şadlıq sarayında keçirilən toy məclisində baş vermiş münaqişə ilə bağlı məlumat yayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, toy məclisində rayonun Qullar kənd sakini İbrahim Muqumov ilə Rusiya Federasiyası vətəndaşı Səbuhi Rəhimov arasında münaqişə baş verib və sonradan onlar şadlıq sarayının həyətinə çıxıblar. Orada İ. Muqumov tapançadan atəş açaraq S. Rəhimova və hadisə yerinin yaxınlığında olan onun dostu, Mahamalar kənd sakini Müsənnif Layıcova qarın nahiyələrindən xəsarət yetirib hadisə yerindən qaçıb.

 

M. Layıcov və S.Rəhimov xəstəxanaya yerləşdiriliblər.

 

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ. Muqumov tutulub, hadisəni törədərkən istifadə etdiyi “Akdal” markalı tapança və 4 ədəd güllə ondan götürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924

Oxşar yazılar