Daxili İşlər Nazirliyi Xaçmaz rayonunda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 13-də Xaçmaz rayonunun İlxıcı kənd sakini, 10 yaşlı Emil Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş yaralının vəziyyəti qənaətbəxşdir.
Xaçmaz RPŞ-nin əməkdaşalrı tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi və giliz götürülüb.