DGK Rəhim Qazıyevin qardaşı oğlu ilə bağlı məlumat yayıb
23 avqust 2013 13:17 (UTC +04:00)

DGK Rəhim Qazıyevin qardaşı oğlu ilə bağlı məlumat yayıb

Dövlət Gömrük Komitəsi (DGK) Rəhim Qazıyevin qardaşı oğlunun saxlanması ilə bağlı məlumat yayıb. DGK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, avqustun 21-də Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana gələn Qazıyev Orxan Rəhman oğlunun üzərində aparılan şəxsi yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sellofana qablaşdırıb əynindəki şalvarın bel hissəsində gömrük nəzarətindən gizlətdiyi 6 bükümdə külli miqdarda, 56,494 qram tiryək narkotik vasitəsi aşkar edilərək götürülüb.

 

Satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə 21 avqust 2013-cü ildə Dövlət Gömrük Komitəsi İstintq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Aparılmış istintaqla müəyyən edilib ki, Qazıyev Orxan Rəhman oğlu avqustun 20-də İran İslam Respublikasının Tehran şəhərində istintaqla müəyyən ediməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 56,494 qram tiryək narkotik vasitəsini əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 6 sellofan bükümə qablaşdıraraq əynindəki şalvarın bel hissəsinin içəri tərəfində kəsərək düzəltdiyi xüsusi saxlanc yerində yerləşdirib daşıyıb və avqustun 21-də Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib.

 

Qazıyev Orxan Rəhman oğlu şübhəli şəxs qismində tutulub, 22 avqust 2013-cü ildə ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və həmin tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

 

İlkin izahat alınarkən, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Qazıyev Orxan Rəhman oğlu törətdiyi cinayət əməllərini etiraf edib.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

Qeyd edək ki, O. Qazıyev Rəhim Qazıyevin qardaşı oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1133
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21