Deputatın qardaşı oğlunun məhkəməsi təxirə salındı
25 fevral 2015 15:40 (UTC +04:00)

Deputatın qardaşı oğlunun məhkəməsi təxirə salındı

Bu gün Ali Məhkəmədə 2012-ci ildə Bakının Səbail rayonu ərazisində, “1001 gecə” restoranda qətl törətməkdə təqsirli bilinən deputat Hüseynbala Mirləmovun qardaşı oğlu Rəşad Mirələmov barəsindəki məhkəmə hökmündən verilən kasasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Rəşad Mirələmovun vəkili Kamandar Nəsibov iştirak etməyib. Hakim bildirib ki, vəkil məhkəmənin təxirə salınması ilə bağlı vəsatət verib. Hakimin səsləndirdiyi vəsatətdən məlum olub ki, Kamandar Nəsibov Azərbaycan hüdudlarından kənardadır və bu səbəbdən də məhkəmə iclasında iştirak edə bilmir. Vəkil prosesin başqa vaxta keçirilməsini hakimlərdən xahiş edib. Bu səbəbdən də məhkəmə iclası martın 6-dək təxirə salınıb.


Qeyd edək ki, ötən il noyabrın 13-də hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı zərərçəkmişin hüquqi varisi Nənəş İsmayılovanın vəkili Altay Muradov vəsatət verib. Amma məhkəmə vəsatəti təmin etməyib. Altay Muradovun sözlərinə görə, məhkəmənin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kasasiya şikayəti verilib. O, bildirib ki, kasasiya şikayətinin sürətinin Bakı Apelyasiya Məhkəməsinə təqdim edib. Bu səbəbdən məhkəmə baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Zərərçəkmiş tərəfin vəkili onu da bildirib ki, kasasiya şikayətlərində işin ibtidai istintaqa qaytarılmasını və cinayətin digər iştirakçılarının müəyyən edilməsini istəyiblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Mirələmov ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, 17 iyul 2012-ci ildə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən istirahət mərkəzində Rəşad Mirələmov Ramal Bayramovu qəsdən öldürüb, Səməd Mənsimov və qeyrilərinin qəsdən öldürülməsinə cəhd edib. İttiham sənədlərində qeyd olunur ki, Rəşad Mirələmov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 7 iyul 2004-cü il hökmü ilə qəsdən adam öldürmə cinayəti törətməkdə təqsirli bilinib və məhkum olunub. Bundan 7 il sonra - 6 oktyabr 2011-ci ildə Rəşad Mirələmov Lənkəran şəhərində tanışı Taleh Həsənovun qarşısında nüfuz qazanmaq məqsədilə sonuncunun Zamin Bağırova borca verdiyi 3 min 700 manat puldan imtina etməsini tələb edib. Lənkəran şəhərində yerləşən “Cənub” şadlıq sarayının çayxanasına gələn Rəşad Mirəlımov orada masa arxasında əyləşən Zamin Bağırovu çayxananın arxasına çağırıb. Qatlanmış vəziyyətdə olan bıçağın dəstək hissəsi ilə Zamin Bağırovun göz və kürək, təpiklə isə ayaq və bədəninin digər nahiyələrinə zərbələr vurub. Ondan Taleh Həsənova verdiyi borcundan imtina etməsini tələb edib. 2012-ci ilin iyun və iyul aylarında isə Rəşad Mirələmov qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə Lənkəranın Şilavar kənd sakini Firdosi Bağırovu döyüblər.   Ondan Həsənov Taleh Zakir oğluna, Əliyev Valeh Müslüm oğluna və qeyrilərinə mövcud olmayan borcu - 19 min dollar alıblar. Bununla bağlı Firdosi Bağırov Ramal Bayramova və Elman Əhmədova müraciət edib. 17 iyul 2012-ci ildə gecə 3 radələrində Firdovsi Bağırovun mənafeyini müdafiə edən Ramal Bayramov, Elman Əhmədov, Səməd Mənsimov, Elmar Süleymanov, Elnur Qasımov, Mübariz Məmmədov “Min bir gecə” istirahət mərkəzinə gediblər. Çimərliyə uyğunlaşdırılmış açıq yay köşkündə çay stolu arxasında Rəşad Mirələmovla qarşılıqlı mübahisəyə giriblər. Ramal Bayramov Rəşad Mirələmova köşkünün taxta materiallarını qopardıb çoxsaylı zərbələr endirib, yumruq, təpiklə vurub. Buna baxmayaraq Rəşad Mirələmov Firdovsi Bağırovdan tələbini davam etdirib. Rəşad Mirələmov qarşılıqlı mübahisə və dalaşma zəminində iki və daha artıq şəxsi qəsdən öldürmək niyyəti ilə qanunsuz əldə edib saxladığı və gəzdirdiyi yivli odlu silah olan 9 mm kalibrli “Makarov” markalı tapançadan həmin şəxslərə atəşlər açıb. Həmin vaxt Rəşad Bayramov ölüb, Səməd Mənsimov yaralanıb. Digər atəşləri qarşısında Elman Əhmədov, Elmar Süleymanov, Mübariz Məmmədov, Elnur Qasımov qaçıb uzaqlaşıblar. İstintaq dövründə Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun cinayət işi ayrıca icraata götürülüb və onların barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hökm elan edilib. 

R. Mirələmov apelyasiya şikayəti verərək ömürlük həbs cəzasının müddətli cəza ilə əvəz edilməsini istəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28