Dənizkənarı Milli Parkda gənc cütlük intihara cəhd edib  - <span style="color:red;">YENİLƏNİB
09 aprel 2014 03:54 (UTC +04:00)

Dənizkənarı Milli Parkda gənc cütlük intihara cəhd edib - YENİLƏNİB

0
Səbail rayonunda Dənizkənarı Milli Parkda intihara cəhd olub.

 

APA-nın xəbərinə görə, təxminən 20 yaşları olan oğlan və qız özlərini dənizə atıblar. Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları  kater vasitəsi ilə  batan gənclərin axtarışına çıxıblar.

 

Xilasedicilər saat qülləsi yaxınlığında dənizdə boğulmaq təhlükəsi ilə üzləşən 1993-cü il təvəllüdlü Niftəliyeva Nilufər Natiq qızı və Aslanov Xalid Faiq oğlunu xilas edərək dənizdən çıxarmağa müvəffəq olublar.

 

Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyətləri ağır olan gənclərə ilkin tibbi yardım göstərilib. Daha sonra onlar 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.  

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5089

Oxşar yazılar