Dənizdə batan daha 3 nəfər xilas edildi
20 avqust 2015 20:18 (UTC +04:00)

Dənizdə batan daha 3 nəfər xilas edildi

0

Bakıda çimərlikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib.

 

Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib və dərhal nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 19:05-də başa çatıb.

 

Bakının Suraxanı rayonunda isə 1 nəfər intihar məqsədi ilə özünü dənizə ataraq batmaq təhlükəsi ilə üzləşib və dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 19:14-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar