Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Cəhalət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakimk Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə C.Abdullayev 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da Bakı Dəmir Yolu Stansiyası deposunun ərazisində "Kür-Nur" qatarından 5 ədəd vaqonun pəncərə haşiyəsini, 5 ədəd kilid üzlüyünü, 1 ədəd su kranını, 32 ədəd qapı və 1 ədəd pəncərə dəstəklərini oğurlayan Tərtər rayon sakini Cəhalət Abdullayev tutulub.