Dəmir yolu stansiyasında avtomat tapıldı
29 aprel 2014 12:51 (UTC +04:00)

Dəmir yolu stansiyasında avtomat tapıldı

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları silah-sursat aşkarlayıblar. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, idarə əməkdaşları tərəfindən İmişli Dəmir Yolu Stansiyasının ərazisindən AKM silahı, 32 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və 1 ədəd patron darağı tapılıb.

 

Araşdırmalar davam etdirilir.

 

# 548
avatar

Oxşar yazılar