Dələduzluqda təqsirləndirilən hakim:<span style="color:red;"> "Hamısı şər və böhtandır"
25 noyabr 2014 17:49 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən hakim: "Hamısı şər və böhtandır"

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Həsən Əliyev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Həsən Əliyev bildirib ki, ona qarşı irəli sürülən ittihamlar şər və böhtandır. Məhkəmə iclası dekabrın 5-də davam etdiriləcək.


Qeyd edək ki, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev də Ramazan Səlimovdan sonuncunu işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb.
Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və Elman Məmmədov həbs edilib. İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Onu da qeyd edək ki, prezident İlham Əliyev bu il fevralın 11-də Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

# 808
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57
Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24
Rusiya bu azərbaycanlını deportasiya etdi

Rusiya bu azərbaycanlını deportasiya etdi

25 may 2024 , 19:14
Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

25 may 2024 , 17:53
Bakıda qadın evdən pul və 3 telefon  oğurladı

Bakıda qadın evdən pul və 3 telefon oğurladı

25 may 2024 , 17:06
Nərgiz Absalamova

“Abzas Media”nın əməkdaşının həbs müddəti uzadıldı

25 may 2024 , 16:11
Qadın özünü 23-cü mərtəbədən  atdı

Qadın özünü 23-cü mərtəbədən atdı

25 may 2024 , 16:00
Bakıda şadlıq sarayında müğənni qarət olundu

Bakıda şadlıq sarayında müğənni qarət olundu

25 may 2024 , 15:09