14 min manat dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, A. Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib və onun barəsində başqa yerə getməmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, A. Əliyev 2015-ci ilin oktyabrında başqasının adına olan torpaq sahəsini tanışı zərərçəkmiş Ramin Delikanova 14 min manata sataraq, ona qarşı dələduzluq edib.