Dələduzluq edən şirkət rəhbərinin məhkəməsi başladı
18 noyabr 2014 11:24 (UTC +04:00)

Dələduzluq edən şirkət rəhbərinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Repair House” MMC-nin vəzifəli şəxsi Məhəmməd Alməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 25-nə təyin edilib.

 

Qeyd edək ki, Bakı şəhər sakinlərinin “Repair House” MMC-nin vəzifəli şəxsi Məhəmməd Alməmmədov tərəfindən onlara qarşı yol verilmiş qanunsuz hərəkətləri barədə müraciətlərinə dair toplanan material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb və istintaq aparılıb. Müəyyən edilib ki, Məhəmməd Alməmmədov qulluq mövqeyindən istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakinlərini özünün biznes fəaliyyətinə şərik edəcəyini yalandan vəd verib.


Təqsirləndirilən şəxsin həmin sakinlərdən ümumilikdə 218 min manat pulu alıb dələduzluq etməsində, bundan başqa ona müraciət etmiş paytaxt sakinlərinin mənzillərinin təmiri ilə əlaqədar podrat müqaviləsi bağlamaqla sonunculara məxsus ümumilikdə 137 min manat məbləğində vəsaiti mənimsəyib.


Həmçinin Məhəmməd Alməmmədov sərhəd keçməsinə məhdudiyyət qoyulduğu halda törətdiyi cinayət əməlləri ilə əlaqədar məsuliyyətdən yayınmaq üçün Azərbaycanın dövlət sərhədini müvafiq sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda olmaqla qanunsuz olaraq keçməyə cəhd edib.


Məhəmməd Alməmmədov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham edilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673
avatar

Səlcuq Elçin

Oxşar yazılar