Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Mahmud Adullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 27-nə təyin olunub.
Qeyd edək ki, Mahmud Abdullayev Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir. O, vətəndaşları aldadaraq pullarını mənimsəməkdə təqsirli bilinir.