Daxili İşlər Nazirliyi Masallıda baş vermiş dəhşətliqəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 12-də saat 13 radələrində Masallı rayonu Şərəfə kəndinin ərazisində Yardımlı rayon sakini İsmayıl Sadıyevin idarə etdiyi “Nissan” və Cəlilabad rayon sakini Mahir Teymurovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. M.Teymurov və sərnişini, qardaşı Mutalib, habelə İ.Sadıyevin sərnişinlərindən arvadı Gövhər, oğlu Mövlud hadisə yerində ölüb. Özü və digər sərnişini, oğlu Maqsud xəstəxanaya yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.