O, Səyyad Əlizadənin “Bizim Metropoliten” klipində də çəkilib
Dünən gecə aeroport yolunda baş verən qəzada həlak olan qız Bakı metropolitenində çalışırmış. Lent.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, Günay Məmmədova “Gənclik” metrosunda qatarları qəbul edib yola salan növbətçi xanım olub.
Onu dünən gecə saatlarında Heydər Əliyev prospektində maşın vurub. Hadisə şahidləri bir neçə maşının Günay Məmmədovanın üstündən keçdiyini bildirib.
Qeyd edək ki, 1991-ci ildə doğulan Günay Məmmədova Səyyad Əlizadənin “Bizim Metropoliten” klipində də çəkilib.